lider-media.az

Politoloq: "Ermənistanla sülh müqaviləsi məsələsində Qərb, Rusiya və İran ziddiyyətli siyasət yürüdür"

Baxış: 473 Tarix: 23-09-2024, 15:41

 

“Rusiya, Fransa və İran Ermənistanla Azərbaycan arasında sülhün imzalanması prosesini pozmağa çalışır”.

Lider-media.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz “WhatsApp” sosial şəbəkəsində paylaşaraq bildirib. 

Onun sözlərinə görə, prezident İlham Əliyev Milli Məclisdəki çıxışı zamanı xarici dairələrin Azərbaycana qarşı yeni planlar hazırladığını vurğuladı. Həmçinin Ermənistanın silahlandırılmasını, buna görə də sərhəddə ciddi tədbirlər görüldüyünü qeyd etdi. Dövlət başçısı Azərbaycan ətrafında xeyli çətinliklərin olduğunu rəsmən elan etmiş oldu.

“Zəngəzur dəhlizi və Ermənistanla sülh müqaviləsi məsələsində Qərb, Rusiya və İranın ziddiyyətli siyasəti, Fransanın Ermənistan üzərindən Türkiyə və Azərbaycan tandeminin qarşısını almaq üçün planlar hazırlanır. Rusiya, Fransa və İran Ermənistanla Azərbaycan arasında sülhün imzalanması prosesini pozmağa çalışır” deyə analitik qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi