lider-media.az

Qərbi Azərbaycan İcması: Makronun ermənidən çox ermənilik etməsi gülüş doğurur

Baxış: 318 Tarix: 22-02-2024, 11:15


Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa prezidenti Emmanuel Makronun bu haqda danışması “ermənidən çox ermənilik etmək”dir və gülüş doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.

Bildirilib ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir.

“Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan arasında normallaşdırma proseslərindən tam olaraq uzaqlaşdırılmış səlibçi mentalitetli Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər”, - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi