lider-media.az

NATO-nun Yaxın Şərqdə bürosu açılacaq

Baxış: 639 Tarix: 17-09-2024, 17:59

 

NATO bir neçə ay ərzində Əmmanda Yaxın Şərq ölkələri ilə kommunikasiya üçün səfirlik modeli əsasında fəaliyyət göstərəcək ofis açmaq niyyətindədir.

Lider-media.az xəbər verir ki, bu barədə alyansın Afrika və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “The National” qəzetinə müsahibəsində deyib.

“Bu səfirlik bizə siyasi məlumat toplamaq, insanlarla danışmaq və vəziyyətin necə dəyişdiyini daha yaxşı başa düşməyə kömək edəcək. Hətta bəzi cənublu tərəfdaşların istəyi olarsa, başqa ölkələrdə də iştirak etmək mümkün olacaq”, - o bildirib.

Xüsusi nümayəndənin sözlərinə görə, NATO-nun Yaxın Şərqdə baş verənlərə xüsusi diqqət yetirməsi onun Ukraynaya dəstəyinə heç bir şəkildə təsir etməyəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi