lider-media.az

Avropa Birliyi Rusiyanın 1.4 milyard avrosunu Ukraynaya verdi

Baxış: 374 Tarix: 17-09-2024, 16:31

Avropa Birliyi Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi 1,4 milyard avro mənfəəti Ukraynaya hərbi yardım göstərmək üçün istifadə edib.

Bu barədə məlumatı Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis söyləyib.

“Rusiya aktivlərindən gəlirlərin birinci tranşı həyata keçirilib. Avropa Sülh Fondu vasitəsilə artilleriya sursatları və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla, prioritet avadanlıqların tədarükü, habelə ilk dəfə olaraq Ukrayna müdafiə sənayesi tərəfindən yerinə yetirilən sifarişlər üçün 1,4 milyard avro ayrılıb”, - Dombrovskis bildirib.

   Lider-media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi