lider-media.az

Rusiya XİN İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqlayıb

Baxış: 293 Tarix: 11-09-2024, 22:37

 

Rusiya İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini çox yaxşı bilir.

Lider-media.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Biz bununla bağlı bütün lazımi açıqlamaları vermişik. Bizim demək istədiyimiz odur ki, təqdim etdiyimiz arqument Tehranda dinlənilib və qəbul edilib”, - diplomat bildirib.

Onun sözlərinə görə, Rusiya iranlı tərəfdaşlarla daim təmasdadır və Moskva ilə Tehran arasında münasibətlərdə nifaq salmaq üçün hər fürsətdən istifadə edən müəyyən dairələr tərəfindən Rusiya əleyhinə informasiya kampaniyası başlayıb.

Qeyd edək ki, İran mediası Tehranın Rusiyanın dəhlizin yaradılmasına fəal dəstək verməsindən guya narazı olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi