lider-media.az

Lukaşenko rəqiblərinə səsləndi

Baxış: 653 Tarix: 10-09-2024, 16:21

Belarus prezidenti Aleksandr Lukaşenko rəqiblərini küçələrə çıxmaqdansa, prezident seçkilərində iştirak etməyə dəvət edib.
Lider-media.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Mən həmişə olduğu kimi onlara məsləhət vermək istəyirəm: əgər onlar ölkəni dəyişmək və prezident seçkilərində iştirak etmək, haqlı olduqlarını sübut etmək və ya başqa bir şey etmək istəyirlərsə, gəlib prezident seçkilərində mübarizə aparmalıdırlar. Pulemyotsuz və sanksiyalarsız” deyə Lukaşenko iclasda bildirib. 
Lukaşenko müxalifətə tövsiyə edib ki, insanlara gəlib izah etsinlər ki, niyə Belarus ərazisinə silahlı basqın etməyi planlaşdırırsınız. Prezidentin sözlərinə görə, hakimiyyət orqanlarında insanlara bildirilməli olan çoxlu sayda oxşar faktlar var. 
Xatırladaq ki, Belarusda növbəti prezident seçkilərinin 2025-ci ildə keçirilməsi planlaşdırılır. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi