lider-media.az

MDB missiyası: Azərbaycanın 16 rayonunda seçki prosesini müşahidə etmişik

Tarix: 2-09-2024, 10:03

MDB missiyası: Azərbaycanın 16 rayonunda seçki prosesini müşahidə etmişik

Bakı, Gəncə, Naxçıvan, Şuşa, Xankəndi daxil olmaqla, Azərbaycanın 16 rayonunda seçki prosesi missiyamız tərəfindən müşahidə olunub. Bir sıra seçki məntəqələrində prosesi izləmişik. Seçki məntəqələri vaxtında açılıb, seçki prosesi şəffaf və yüksək şəraitdə baş tutub.

Lider-media.az xəbər verir ki, bu fikirləri Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının rəhbəri, MDB Baş katibinin birinci müavini Leonid Anfimov növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında səsləndirib.

Missiya rəhbəri onu da qeyd edib ki, bəzi müstəqil beynəlxalq müşahidəçilər seçki məntəqələrinin bəzilərində qanun pozuntularının olduğunu desələr də, bu çox az sayda baş verib. Belə hadisələrin vaxtında qarşısı alınıb və günahkarlar cəzalandırılıblar.

O həmçinin deyib ki, əlilliyi olan şəxslər üçün 2471 məntəqədə pandus quraşdırılmış, gözdən əlillər üçün isə trafaretlər hazırlanmışdı. Səslərin sayılmasına hazırlıq prosesini və protokolların sayılması prosesində də iştirak etməyə şərait yaradılmışdı. Missiyamız seçki prosesinin sakit şəraitdə keçdiyini və qanun pozuntularının aşkarlanmadığını müşahidə edib.

Qeyd edək ki, sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi