lider-media.az

İbrahim Rəisinin həlak olduğu helikopter qəzasının səbəbi açıqlanıb

Baxış: 321 Tarix: 1-09-2024, 19:03

İran İslam Respublikasının keçmiş Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən digər şəxslərin olduğu helikopterin qəzaya uğramasının səbəbi açıqlanıb.

Lider-media.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının yekun hesabatında bildirilib.

Vurğulanıb ki, helikopterin qəzaya uğramasına əsas səbəb əlverişsiz hava şəraiti olub.

“Helikopterin qəzaya uğramasının əsas səbəbi regionda yaz mövsümünə xarakterik olan mürəkkəb iqlim şəraiti və qatı dumanın yaranması göstərilir. Nəticədə helikopter dağa çırpılıb”, - hesabatda qeyd edilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi