lider-media.az

İranda helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı açıqlanıb

Baxış: 326 Tarix: 20-05-2024, 09:46

İranda helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub.

Lider-media.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.

Ekipajda iki pilot və bir texniki işçi olub, onların adları açıqlanmır.

Bundan əvvəl İranın vitse-prezidenti Möhsün Mənsuri İbrahim Rəisinin və onun nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə bağlı xəbərləri təsdiqləyib.

O da məlum olub ki, qəza nəticəsində həlak olanların cəsədlərinin tanınması prosesinə başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi