lider-media.az

Ağ Ev Sakit Okeanda hərbi baza yaradır

Baxış: 412 Tarix: 23-08-2024, 15:04

 

ABŞ Sakit Okeanda hərbi baza və aerodrom şəbəkələrini yerləşdirməyi planlaşdırır.


Lider-media.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb. 


Bildirilib ki, buna səbəb Çindən gözlənilən hücum cəhdləridir. Bundan başqa, ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərliyi Vaşinqtonun Yaponiya və Quamda yerləşən iri hərbi bazalarına Çinin kütləvi raket hücumları edə biləcəyindən ehtiyat edir. Bu cür hücumlar Amerika qüvvələrinə ciddi ziyan vura, hətta onların Sakit Okeanda fəaliyyət qabiliyyətini şikəst edə bilər.


Qeyd edək ki, Sakit Okeanda bazaların yerləşdirilməsi konsepsiyası “Agile Combat Employment” (ACE) adlanır. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi