lider-media.az

Ağ Ev Ukraynaya 125 milyon dollarlıq yeni hərbi yardım paketi göndərəcək

Baxış: 206 Tarix: 23-08-2024, 09:48

 

ABŞ Ukraynaya 125 milyon dollar dəyərində yeni hərbi yardım paketi göndərəcək.


Lider-media.az xəbər verir ki, o, bu barədə “Associated Press” məlumat yayıb.


Paketə hava hücumundan müdafiə raketləri, “HIMARS” və “Javelin” sursatları, tank əleyhinə raketlər, dron əleyhinə sistemlər, həmçinin 155 və 105 mm-lik artilleriya sursatları və nəqliyyat vasitələri daxil ediləcək.


Bildirilib ki, yardım barədə rəsmi açıqlama avqustun 23-də, Ukraynanın Müstəqillik Günü ərəfəsində edilməsi gözlənilir. 


Silahların tədarükü prezidentin əmri ilə həyata keçirilir. Buna əsasən silahların daha tez çatdırılmasını təmin etmək üçün onlar Pentaqonun anbarlarından götürüləcək. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi