lider-media.az

Hindistanın baş naziri niyə Ukraynaya səfər edəcək? SƏBƏB AÇIQLANDI

Baxış: 438 Tarix: 22-08-2024, 16:24

 

Hindistanın Baş naziri Narendra Modi avqustun 23-də Kiyevə səfərə gələcək. O, bundan bir ay yarım əvvəl də Moskvada Vladimir Putinlə görüşmüşdü. Hindistan özünü Rusiyaya meyilli yox, neytral dövlət kimi göstərməyə çalışır. 


Lider-media.az xəbər verir ki, bu barədə “Associated Press” yazı dərc edib. 


Modinin 8-9 iyul tarixlərində Rusiyaya səfəri NATO liderlərinin Vaşinqtonda görüşü və Rusiyanın Ukraynadakı xəstəxanaya raket hücumları endirməsi ilə eyni vaxta təsadüf edib. Bu addım, Qərb ölkələrinin, xüsusən də Ukrayna prezidenti Volodimir Zelenskinin tənqidinə səbəb olub. Bildirilib ki, Modinin Putinlə görüşü məyusluqla qarşılanıb və sülhə gedən yolda sarsıdıcı zərbə hesab edilib.


Analitiklərin fikrincə, səfər Yeni Dehlinin xarici siyasətdə balansı qoruduğunu göstərmək məqsədi daşıyır. Həmçinin baş nazirin Ukraynaya səfəri ABŞ və digər Qərb ölkələrində nüsbət addım kimi qarşılanacaq. Lakin bu, Qərbi arxayınlaşdırsa da, Hindistanın Moskva ilə daha yaxın münasibətdə olması həqiqətini dəyişməyəcək. 


Xatırladaq ki, Narendra Modi avqustun 21-də Polşada olarkən regionda sülhün tərəfdarı olduğunu bildirmiş və Ukraynada müharibəyə son qoymaq üçün çağırış etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi