lider-media.az

Kişinyov Moldovanın Avropaya inteqrasiyasına dəstəkdə Almaniyanın rolunu yüksək qiymətləndirib

Baxış: 251 Tarix: 21-08-2024, 21:47

 
Almaniya Moldovanın Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda dəstəklənməsində böyük rol oynayır.
Lider-media.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolzla görüşdən sonra respublika prezidenti Maya Sandu bildirib.

“Moldova Avropa ailəsinə qoşulmağı çox gecikdirdi, lakin indi biz avropalı tərəfdaşlarımızın dəstəyi ilə bu prosesdə qətiyyətli addımlar atırıq. Almaniya Moldovanın Avropaya inteqrasiya yolunda dəstəklənməsində böyük rol oynayır və biz bunu yüksək qiymətləndiririk”.

Sandu əlavə edib ki, Almaniya Moldovanın ticarət tərəfdaşları arasında beşinci yerdədir və Berlinlə Kişinyov arasında iqtisadi əlaqələrin inkişafının tərəfdarıdır. Onun sözlərinə görə, Almaniya Moldovanın enerji zəifliyini azaltmaq üçün fonda 40 milyon avro ayırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi