lider-media.az

Azərbaycan Dağıstanda keçiriləcək Xəzər Rəqəmsal Forumuna dəvət olunub

Baxış: 459 Tarix: 21-08-2024, 15:30

Azərbaycan Dağıstanda keçiriləcək Xəzər Rəqəmsal Forumuna dəvət olunub

Azərbaycan noyabrda Dağıstanda (Rusiya Federasiyası) keçiriləcək II Beynəlxalq Xəzər Rəqəmsal Forumuna dəvət olunub.

Forumun saytına istinadla Lider-media.az xəbər verir ki, tədbirin əsas mövzusu rəqəmsal texnologiyalardan istifadə etməklə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına həsr olunacaq.

“Biz Xəzəryanı regionun bütün dövlətlərinin - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistanın nümayəndələrini dəvət etmişik”, - deyə Dağıstan regionunun rəqəmsal inkişaf naziri Yuri Həmzətov qeyd edib.

Tədbir iştirakçıları nəqliyyat, logistika, ekologiya və turizmin perspektivli sahələrini müzakirə edəcəklər. Forumda 8 ölkədən 4 işçi qrupunun və 30 sənaye ekspertinin iştirakı gözlənilir.

Qeyd edək ki, Dağıstanda keçirilən ilk Beynəlxalq Xəzər Rəqəmsal Forumu öz platformasında 600-dən çox insanı toplayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi