lider-media.az

Rusiya Prezidenti: Bakı ilə əməkdaşlığın bütün istiqamətləri strateji əhəmiyyət kəsb edir

Baxış: 264 Tarix: 19-08-2024, 16:53

 

Azərbaycanın dövlət başçısı İlham Əliyevlə iqtisadi əməkdaşlığın geniş spektrini müzakirə etdik.

Lider-media.az xəbər verir ki, bunu V.Putin Azərbaycan Prezidenti ilə geniş tərkibdə danışıqların yekunu üzrə jurnalistlərə deyib.

“Qarşılıqlı faydalı ticari əməkdaşlığının qurulmasına böyük diqqət yetirilib. Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır. Hər bir istiqamət bizim üçün strateji əhəmiyyət kəsb edir”, - o vurğulayıb.

V.Putin bildirib ki, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri iqtisadi qarşılıqlı fəaliyyətin əsas məsələlərini daim təmasda saxlayırlar: “Rusiya Azərbaycan bazarının ən böyük investorlarından biridir. Şirkətlərimiz burada özlərini çox rahat hiss edirlər”.

Dövlət başçısı, həmçinin qeyd edib ki, Rusiyanın Birləşmiş Gəmiqayırma Şirkəti Bakı Gəmiqayırma Zavodu ilə birlikdə neft məhsullarının daşınması üçün müasir “Çay-dəniz” sinifli tankerlərin istehsalına başlayır: “Onların, o cümlədən Azov-Qara dəniz və Xəzər marşrutlarında istifadəsi enerji resurslarının dünya bazarlarına çıxarılmasını əhəmiyyətli dərəcədə artıracaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi