lider-media.az

Naxçıvan Dövlət Universiteti ECOLEAD layihəsinə qoşuldu

Baxış: 383 Tarix: 16-08-2024, 21:12

 Avqustun 16-da Naxçıvan Dövlət Universitetinin "Maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi" (ECOLEAD) layihəsinə qoşulmasına dair tərəfdaşlar adından Baş prokurorunun müavini Heydər Məmmədovla həmin təhsil müəssisəsinin rektoru Elbrus İsayev arasında memorandum imzalanıb. 

  Qeyd edək ki, ilk olaraq 24 may 2024-cü il tarixdə Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış memorandumun məqsədi ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində
funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi