lider-media.az

Bakı Apellyasiya Məhkəməsində ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının nümayəndəsi ilə görüş keçirilib

Baxış: 674 Tarix: 14-08-2024, 22:31

Bakı Apellyasiya Məhkəməsində ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının nümayəndəsi ilə görüş keçirilib

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndəsi – həmin qurumun hüquqi təhlilçisi Branislav Soloviç ilə Bakı Apellyasiya Məhkəməsində görüş keçirilib.

Bakı Apellyasiya Məhkəməsindən verilən məlumata görə, görüşdə seçki mübahisələrinin məhkəmə qaydasında həlli, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Həmçinin qonağı maraqlandıran məsələlərə aydınlıq gətirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi