lider-media.az

Borrel Ukraynanın Kursk bölgəsinə hücumunu dəstəklədi

Baxış: 162 Tarix: 14-08-2024, 10:45

 

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə söhbətində bütün Avropa İttifaqı adından Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunu dəstəklədiyini bildirib.
Lider-media.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. 
“Biz Dmitri Kuleba ilə cəbhə xəttindəki son hadisələri və Kursk bölgəsindəki əks-hücum əməliyyatını müzakirə etdik. Aİ-nin Ukrayna xalqının mübarizəsini tam dəstəklədiyini bir daha bəyan etdim” deyə Borrel bildirib.
O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Kurska hücumu Rusiya prezidenti Vladimir Putinin Ukrayna xalqının müqavimətini qıra bilmədiyini sübut edir.
Görüş zamanı Kuleba Borrelə Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyatın təfərrüatları barədə məlumat verib. 
“Söhbətimiz zamanı Cozep Borrel və mən Ukrayna ilə Avropa İttifaqı arasında silah istehsalı və təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlara diqqət yetirdik. Ukraynanın Kursk vilayətində apardığı əməliyyatın təfərrüatları barədə də Cosepə məlumat verdim” deyə Kuleba əlavə edib.
Qeyd edək ki, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşlər bir həftədir ki, davam edir. Son məlumatlara görə, regionda 28 yaşayış məntəqəsi Ukrayna hərbçilərinin nəzarəti altındadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi