lider-media.az

Həştərxanda keçiriləcək Media Forumda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri iştirak edəcək

Baxış: 187 Tarix: 13-08-2024, 17:54

 

Avqustun 16-17-də Rusiyanın Həştərxan şəhərində keçiriləcək Xəzər Media Forumunda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri, həmçinin Özbəkistan və Moldovadan ekspertlər iştirak edəcəklər.

Lider-media.az xəbər verir ki, bu barədə TASS-a Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov bildirib.

“Bu il Xəzər Media Forumunda ənənəvi olaraq bütün Xəzəryanı ölkələrin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nümayəndə heyətləri iştirak edəcəklər. Ənənəyə uyğun olaraq forumun tərəfdaş ölkəsi Özbəkistan Respublikası olacaq”, - nazir qeyd edib.

Onun sözlərinə görə, Xəzər Media Forumuna ümumilikdə 120-yə yaxın xarici qonaq qatılacaq. Nümayəndə heyətlərinin tərkibində həm dövlət orqanlarının nümayəndələri, həm də Xəzəryanı ölkələrin KİV rəhbərləri təmsil olunacaq.

Daha əvvəl verilən məlumata görə, bu il Xəzər Media Forumu doqquzuncu dəfə keçiriləcək. "Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsası kimi" mövzusunda keçiriləcək tədbir çərçivəsində Xəzəryanı ölkələr arasında informasiya mübadiləsi üçün yeni media platformasının təqdimatı planlaşdırılır. Bundan əlavə, forumda “Sərhədsiz Xəzər” beynəlxalq jurnalist müsabiqəsinə yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi