lider-media.az

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən ərazisində irqçi meyillərə imkan verməməyi tələb edir

Baxış: 310 Tarix: 12-08-2024, 22:28

Qərbi Azərbaycan İcması Baqrat Qalstanyanın bəyanatını qınayır, arxiyepiskopu irqçi yanaşmadan çəkinməyə çağırırErmənistanda özünü “Müqəddəs mübarizə” hərəkatının lideri kimi təqdim edən arxiyepiskop Baqrat Qalstanyan qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob mövqedən çıxış edən bəyanat verib. Din xadimi, yoxsa siyasətçi olduğu anlaşılmayan bu diletant, reallıqdan uzaq şəxs soydaşlarımızla bağlı radikal xarakterli fikirlər səsləndirib, 300 mindən çox qərbi azərbaycanlının öz ata-baba torpaqlarına sülh yolu ilə qayıdışı məsələsini təhrif edərək, siyasi və ksenofob don geyindirməyə çalışıb.

Lider-media.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilir.

“Qərbi Azərbaycan İcması Baqrat Qalstanyanın bu bəyanatını qınayır, arxiyepiskopu belə irqçi yanaşmadan çəkinməyə çağırır. Bir din xadimi olaraq sülhü, ədaləti, barışığı təmsil və təbliğ etmək əvəzinə arxiyepiskopun bu cür şovinist mövqedən çıxış etməsi erməni Qriqoryan kilsəsində və cəmiyyətində bu cür irqçi yanaşmaların hakim olduğunu göstərir.

İcma, həmçinin sülh prosesinə verdiyi zərərdən dolayı Ermənistan hökumətindən ərazisində bu kimi irqçi meyillərə imkan verməməyi tələb edir”, - deyə bəyanatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi