lider-media.az

HƏMAS-ın yeni lideri İsraillə danışıqlarda maraqlıdır

Baxış: 263 Tarix: 9-08-2024, 10:02

 

HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvar İranla vəziyyətin gərginləşməsindən əvvəl İsraillə atəşkəs və girovların azad edilməsi ilə bağlıdanışıqlar aparmaqda maraqlı olduğunu bildirib.

Lider-media.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

Bildirilib ki, Sinvar hərəkatın Qəzza zolağından kənarda olan rəhbərliyinin nümayəndələrinə göndərdiyi mesajda onları İranın gözlənilən hücumuna qədər İsraillə atəşkəsə dair razılığa gəlməyə çağırıb. Hərəkatın yeni liderinin Tehranla münasibətləri yaxşı deyil və o, HƏMAS-ın hərbi rəhbərliyi tərəfindən də ciddi təzyiqlərə məruz qalır.

Sinvar həmçinin ​​hərəkatın Qətərdəki rəhbər heyət üzvlərini də İsraillə danışıqlar prosesinə müdaxilə etməkdən çəkindirməyə çalışaraq bildirib ki, danışıqlarda yalnız onun müavini Xəlil əl-Həyya və Siyasi büronun üzvü Qazi Həməd iştirak edə bilər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi