lider-media.az

İranda təhlükəsizlik xidmətinin onlarla əməkdaşı saxlanılıb

Baxış: 465 Tarix: 3-08-2024, 12:13

İranda təhlükəsizlik xidmətinin onlarla əməkdaşı saxlanılıb

İranda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə əlaqədar təhlükəsizlik xidmətinin iyirmidən çox əməkdaşı saxlanılıb.

Lider-media.az “New York Times” qəzetinə istinadla xəbər verir ki, saxlanılanlar arasında yüksək rütbəli kəşfiyyat zabitləri, həmçinin İsmayıl Haniyənin Tehranda qaldığı qonaq evinin işçiləri var.

Qəzetinin mənbələrinin məlumatına görə, İran kəşfiyyatı “Mossad” (İsrailin kəşfiyyat xidməti) tərəfindən ələ alınan agentlərin hələ də ölkədə olduğunu düşünür.

Xatırladaq ki, iyulun 31-də İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə qaldığı qonaq evinə endirilən raket zərbəsi nəticəsində həlak olub. HƏMAS qətldə İsrail və ABŞ-ı günahlandırıb.

“New York Times” qəzetinin yazdığına əsasən, İsmayıl Haniyənin qətlindən sonra İranın ali dini lideri Əli Xamneyi İsrailə birbaşa zərbələrin endirilməsi barədə göstəriş verib. Daha sonra İranın BMT -dəki daimi nümayəndəsi Əmir Səid İrvani beynəlxalq hüquqa uyğun olaraq Tehranın İsrailə cavab verəcəyini bildirib. Onun sözlərinə görə, hücum ABŞ kəşfiyyatının dəstəyi ilə həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi