lider-media.az

Tehranda İsmayıl Haniyə ilə vida mərasimi keçirilir

Baxış: 302 Tarix: 1-08-2024, 10:54

Tehranda İsmayıl Haniyə ilə vida mərasimi keçirilir

İran paytaxtında HƏMAS hərəkatının Siyasi Bürosunun həlak olmuş rəhbəri İsmayıl Haniyə ilə vida mərasimi keçirilir.

Lider-media.az xəbər verir ki, Tehran Universitetində təşkil olunan mərasim IRIB telekanalında canlı yayımlanır.

Mərasimdən əvvəl çıxış edən İran parlamentinin sədri Məhəmməd Qalibaf "İranın vəzifəsinin lazımi anda lazımi yerdə reaksiya vermək” olduğunu vurğulayıb.

Vida mərasiminin əsas hissəsi İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin Haniyənin cənazəsi üzərində dua oxuması ilə başlayıb. Tədbir boyu İsrail və ABŞ əleyhinə şüarlar səsləndirilib.

İsmayıl Haniyənin qətli ilə bağlı Tehranda genişmiqyaslı yürüşlər də gözlənilir. Bununla əlaqədar İran paytaxtında yerli vaxtla saat 04:00-dan nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi