lider-media.az

Azərbaycanın xarici işlər naziri ATƏT-in Seçki Müşahidə Missiyasının rəhbəri ilə görüşüb

Baxış: 280 Tarix: 31-07-2024, 18:27

Azərbaycanın xarici işlər naziri ATƏT-in Seçki Müşahidə Missiyasının rəhbəri ilə görüşüb

İyulun 31-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə cari il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub.

Nazir bu ilin əvvəlində keçirilmiş prezident seçkiləri kimi qarşıdan gələn seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı ilə bağlı tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Prezident seçkilərindən sonra parlament seçkilərinin də ilk dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərini əhatə etməsinin tarixi məqam olduğu vurğulanıb. Seçkilərin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam cavab verən, yüksək səviyyədə təşkili üçün müvafiq şəraitin yaradıldığı qeyd olunub. Bununla yanaşı, seçki müşahidə missiyalarının müvafiq qaydalara və mandatlarına uyğun olaraq seçkilərin müşahidəsi prosesində obyektiv və qərəzsiz yanaşma tətbiq etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Missiyanın rəhbəri avqustun 1-də müşahidə missiyasının fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransının keçiriləcəyini qeyd edərək növbəti 6 həftə ərzində missiya tərəfindən görüləcək işlərin xülasəsi barədə məlumat verib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi