lider-media.az

Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq etmək niyyətindədir

Baxış: 152 Tarix: 23-07-2024, 23:00

Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq etmək niyyətindədir

Qazaxıstanda bu ölkənin və Azərbaycanın hökumətləri arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Sazişi təsdiq edən qərar layihəsi dərc edilib.

Lider-media.az-xəbər verir ki, sənəd qanun layihələrinin dərc edilməsi və ictimai müzakirələrin aparılması üçün nəzərdə tutulmuş “Açıq hüquqi şəxslər” portalında yerləşdirilib.

Layihəyə əsasən, tərəflər aşağıdakı əməkdaşlıq formaları barədə razılığa gəliblər: 1) səlahiyyətli orqan rəhbərlərinin rəsmi səfərləri və ekspertlərin işçi görüşləri; 2) müdafiə sahəsində aşağıdakı tematik istiqamətlər üzrə hərbi kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsi - terrorçu və ekstremist təşkilatlar, qarşılıqlı maraq doğuran hərbi-siyasi hadisələr; 3) dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq, səlahiyyətli orqanların şəxsi heyəti üçün ölkələrin ərazilərində birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi; 4) əməkdaşlığın digər formaları.

Sənəddə bildirilir ki, məxfi məlumatların mübadiləsi, istifadəsi və mühafizəsi onların qarşılıqlı mühafizəsi haqqında ayrıca beynəlxalq müqavilə əsasında həyata keçirilir.

Tərəflər Saziş çərçivəsində əməkdaşlıq zamanı əldə etdikləri məlumatlardan bu məlumatı verən tərəfin zərərinə istifadə etmirlər.

Sənəddə deyilir: “İmzalanmış Saziş çərçivəsində ölkələrin mübadilə edəcəyi məlumat müvafiq məlumatı verən tərəfin yazılı razılığı olmadan açıqlana, verilə və ya üçüncü tərəfə ötürülə bilməz”.

Sazişin qüvvədə olma müddəti 5 ildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi