Bayden prezident seçkilərində iştirakdan imtina edib 21.07.2024 [22:26]
ABŞ Prezidenti Co Bayden prezident seçkilərində iştirakdan imtina edib.
Lider-media.az , o, bununla bağlı sosial mediadakı hesabında bildirib.
“Yenidən seçilmək niyyətim olsa da, geri çəkilməyim, partiyam və ölkəmin maraqları naminə bütün diqqətimi prezident kimi vəzifələrimin icrasına yönəltməyim ən doğrusudur”,- deyə Bayden qeyd edib.
Bayden vitse-prezident Kamala Harrisin prezident seçkilərində namizədliyini dəstəklədiyini əlavə edib.
ABŞ Prezidenti bu addımı iyunun 27-də əsas rəqibi Donald Trampla debatda uğursuz çıxışından sonra Demokratlar Partiyasından gələn təzyiqlər nəticəsində atıb. Demokratlar Partiyasının noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədinin kim olacağı hələlik açıqlanmayıb.