lider-media.az

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən sənədləri – TƏHLİL

Baxış: 342 Tarix: 10-02-2024, 16:18

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən sənədləri - Konstitusiyası, Müstəqillik haqqında Bəyannamə və digər administrativ aktları barədə müfəssəl təhlil hazırlayıb.

BMTM-dən AZƏRTAC-a bildiriblər ki, təhlildə Ermənistanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət edilməsi ilə bağlı mövqeyinin qeyri-müəyyən xarakter daşıması, eləcə də bu yanaşmanın 2020-ci ildən sonra regional sülh və təhlükəsizlik üçün yaranan imkanlara təhdid törətdiyi vurğulanıb.

Araşdırmada qeyd edilib ki, hazırkı administrasiya tərəfindən 2021-ci ildə qəbul edilmiş hökumət proqramı daxil olmaqla, Ermənistanın konstitusion sənədləri Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir. Bu iddialar ya Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, ya da müxtəlif vasitələrlə bu bölgənin ayrılmasına dəstək bəyanatları formasında ifadə olunur.

Təhlildə, həmçinin Ermənistanın konstitusion sənədlərindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının iki ölkə arasındakı sülh prosesinə əhəmiyyətli töhfə verəcəyi diqqətə çatdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi