lider-media.az

Moldova portal Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirakından yazıb

Baxış: 231 Tarix: 19-07-2024, 17:54

Moldova portal Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirakından yazıb

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakına dair geniş məqalə dərc edib.

Lider-media.az xəbər verir ki, “İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantısında görüşləri” sərlövhəli məqalədə dövlətimizin başçısının dünya liderləri ilə apardığı müzakirələr barədə ətraflı məlumat verilib.

Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer, Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban ilə söhbəti zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib. Görüşlərdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, ölkələr arasında ikitərəfli münasibətlərə toxunulub, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırılıb.

Yazıda Azərbaycan Prezidentinin görüşlərdə səsləndirdiyi fikirlərə geniş yer ayrılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi