lider-media.az

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu Fransa koloniyalarında yaşayan gənclər üçün Azərbaycanda təhsil almaqla bağlı tələbə təqaüdü elan edib

Baxış: 338 Tarix: 17-07-2024, 14:44

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu Fransa koloniyalarında yaşayan gənclər üçün Azərbaycanda təhsil almaqla bağlı tələbə təqaüdü elan edib VİDEO

Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs edilmişdir. Onlarla terrorçu kimi davranılmış və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələrə məruz qalmışlar. Onlar arasında azyaşlı uşaqları olan qadınlar da var.

Lider-media.az xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultayda çıxışı zamanı deyib.

O bildirib ki, Bakı Təşəbbüs Qrupu siyasi məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə yardım göstərəcəyini bəyan edir.

Bugünkü tədbirdə həmin siyasi məhbusların bəzilərinin ailə üzvlərinin iştirak etdiklərini diqqətə çatdıran A.Abbasov vurğulayıb: “Bakı Təşəbbüs Qrupu Fransa koloniyalarında yaşayan gənclərə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq imkanı verən tələbə-təhsil təqaüdü elan edib. Artıq bu ildən başlayaraq həmin ərazilərdən olan gənclər bu təqaüddən yararlana bilərlər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi