lider-media.az

Müdafiə naziri Qazaxıstana səfərə gedib

Baxış: 363 Tarix: 16-07-2024, 12:26

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Aktau Beynəlxalq hava limanında general-polkovnik Z.Həsənovu qazaxıstanlı həmkarı general-polkovnik R.Jaksılıkov qarşılayıb.

Hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Müdafiə naziri səfər çərçivəsində "Birləşdik - 2024" təliminin "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasının Tokmak burnunda icra ediləcək epizodlarını izləyəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi