lider-media.az

Qərbi Azərbaycan İcması: Ermənistan hökumətini Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırırıq

Baxış: 297 Tarix: 11-07-2024, 22:29

Qərbi Azərbaycan İcması: Ermənistan hökumətini Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırırıq

Dini radikalizm və Azərbaycanofob mövqeyə malik “Beynəlxalq Xristian Həmrəyliyi” adlı qeyri-hökumət təşkilatı BMT-nin İnsan Hüquqları Şurasının məkanından sui-istifadə edərək, növbəti anti-Azərbaycan tədbir keçirib. Tədbirdə Ermənistanın keçmiş xarici işlər naziri, ifrat millətçi Vartan Oskanyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən çıxış edib.

Lider-media.az xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir: “Qərbi Azərbaycan İcması dini radikalizmi və millətçiliyi təbliğ edən və regionda sülhün bərqərar olunmasına qarşı çıxan ünsürlər tərəfindən BMT məkanlarının sui-istifadəsini qınayır. İcma, həmçinin Ermənistan hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi