lider-media.az

Ərdoğan: UEFA-nın qərarı Avro-2024-ə kölgə salır

Baxış: 158 Tarix: 7-07-2024, 19:34

Ərdoğan: UEFA-nın qərarı Avro-2024-ə kölgə salır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Türkiyə millisinin futbolçusu Merih Dəmiralı iki oyunluq diskvalifikasiya etmək qərarını siyasi motivli adlandırıb.

Lider-media.az xəbər verir ki, Türkiyə lideri Berlində keçirilən futbol üzrə Avropa çempionatının (Avro-2024) 1/4 final mərhələsinin Türkiyə – Niderland oyununda onu müşayiət edən jurnalistlərlə söhbətində UEFA-nın qalmaqallı qərarını şərh edib.

“Açıq şəkildə qeyd etmək lazımdır ki, UEFA-nın Merih Dəmiralla bağlı diskvalifikasiya qərarı Avropa çempionatına ciddi kölgə salıb. Bu, izaholunmaz, sırf siyasi qərardır”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, UEFA-nın türk futbolçu ilə bağlı mövqeyi şəxsən Dəmirala qarşı deyil, bütövlükdə Türkiyə xalqını cəzalandırmaq cəhdidir.

“Türkiyə yığmasının bu ədalətsizliyə ən yaxşı cavabı meydanda nümayiş etdirdiyi gözəl oyun oldu”, - deyə Ərdoğan bildirib.

Türkiyə dövlətinin başçısı eyni zamanda Niderland ilə oyunda niderlandlı futbolçunun qaydaları açıq-aşkar pozduğuna görə hakimin penalti təyin etmədiyini qeyd edib.

Ərdoğan əmin edib ki, Türkiyə bundan sonra da futbolu inkişaf etdirəcək və getdikcə qarşısına daha iddialı hədəflər qoyacaq.

Türkiyə lideri, həmçinin Berlindəki oyunda Niderland millisinin azarkeşlərinə “centlmen davranışlarına” görə təşəkkür edib və bu komandaya Avro-2024-ün finalı yolunda uğurlar arzulayıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi