lider-media.az

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Baxış: 364 Tarix: 29-06-2024, 17:40

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, ICESCO-nun Baş direktoru Salim Əl-Malik Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə iki qurum arasında mədəniyyət, xüsusilə mədəni irsin qorunması və qiymətləndirilməsi sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edib.

Özbəkistanın Zamin şəhərində bu ölkənin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 2-ci Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində keçirilən görüşdə vurğulanıb ki, mədəni irsin qorunması və qiymətləndirilməsi ICESCO-nun yeni vizyonunun və strateji istiqamətlərinin əsasını təşkil edir, həmçinin davamlı inkişafa nail olunmasında mühüm əhəmiyyətə malikdir.

ICESCO ilə Türk Dövlətləri Təşkilatı arasında 2024-cü il iyunun 13-də imzalanmış anlaşma Memorandumuna uyğun olaraq ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında daha sıx əməkdaşlığın qurulmasının vacibliyi vurğulanıb. Bu kontekstdə türk dövlətlərindən olan gənclərin iştirakı ilə seminarların və təlimlərin keçirilməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi