lider-media.az

Can Min: İnanırıq ki, seçkilər ədalətli, şəffaf keçəcək

Tarix: 6-02-2024, 14:45


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Minin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov seçkilərin ilk dəfə olaraq bütün Azərbaycan ərazisində keçirildiyini bildirib. O, vaxtilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyondan çox azərbaycanlının öz dədə- baba yurdundan qovulduğunu, 2020-ci ildə Azərbaycanın ərazilərini işğaldan azad etdiyini və 2023-cü ildə ərazi bütövlüyünü tam təmin etdiyini qonaqların diqqətinə çatdırıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. MSK-nın sədri seçkilərdə 7 namizədin mübarizə apardığını, təbliğat-təşviqat kampaniyası dövründə onlara həftədə 3 dəfə ödənişsiz efir vaxtı verildiyini diqqətə çatdırıb.

M.Pənahov seçkiləri ümumilikdə 90 mindən çox müşahidəçinin izləyəcəyini vurğulayıb.

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min prezident seçkilərinin çox əlamətdar hadisə olduğunu və Azərbaycanda keçiriləcək seçkilərinin nəticələrinin ölkənin gələcək inkişafı üçün uğurlu olacağına inandığını qeyd edib. O, Şanxay Əməkdaşlıq Təşkilatının yaxın tərəfdaşlarından olan Azərbaycanın son illərdə bütün sahələr üzrə çox böyük uğurlara imza atdığını bildirib. Qonaq seçkilərin ədalətli, şəffaf keçəcəyinə inandığını vurğulayıb.

“Nizamnaməyə uyğun olaraq bizim missiyamız ümumi prinsiplər, ölkənin daxili işlərinə qarışmamaq, çatışmazlıqların aşkar edilməsi və digər məsələlərdir. Müşahidə missiyamız başa çatdıqdan sonra fevralın 8-də nəticələri açıqlayacağıq. İnanırıq ki, Azərbaycan xalqı öz siyasi iradəsi ilə seçdiyi namizədinə səs verəcək”, - deyə ŞƏT-in rəhbəri qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi