Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi təmin edildi. Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim diqqətdə saxlanıldı. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer tutur.
Eyni zamanda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması nəticəsində ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər ölkəmizə öz ordusunu zəruri silah-sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Zavodlarda istehsal olunan hərbi təyinatlı məhsullarla Ordumuz əhəmiyyətli dərəcədə təchiz edilir və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Bütün bunların nəticəsi olaraq rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirdiyi əməliyyatla göstərdi. Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Ordumuzun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Ordumuzun bölmələrinin daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Nəhayət, 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atıldı.
Qarabağın bəzi ərazilərində Ermənistan tərəfindən qanunsuz yerləşdirilən silahlı birləşmələr, diversiya qrupları vaxtaşırı olaraq təxribatlar və terror aktları törətməkdə davam edir, təhlükə mənbəyi olaraq qalırdı. Ötən il sentyabrın 18-də erməni silahlı birləşmələrinin basdırdığı minanın partlaması nəticəsində 6 nəfər, o cümlədən polis əməkdaşları şəhid oldu. Buna cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən antiterror tədbirlərinə başlanıldı. Sentyabrın 19-da başladılan lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin ön xətdə və dərinlikdə olan mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq sıradan çıxarıldı. Cəmi bir sutka davam edən antiterror tədbirləri Ali Baş Komandanın qətiyyətini, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu, Qarabağ mövzusu birdəfəlik bağlandı.
Bu gün Azərbaycan Ordusunun gücü beynəlxalq aləm tərəfindən etiraf edilir. Qərbin aparıcı mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Azərbaycan hərbi sahədə bir çox dövlətlərlə əməkdaşlıq edir. Qardaş Türkiyə isə həmin dövlətlər arasında xüsusi fərqlənir. Belə ki, bu gün Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Türkiyənin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradır. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətləridir.
Ötən il oktyabrın 15-də növbəti tarixi hadisənin şahidi olduq. Qalib Ali Baş Komandan İlham Əliyev Prezident seçilməsinin iyirminci ildönümü günündə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Dövlət Bayrağımızı ucaldaraq daha bir şanlı tarix yazdı, xalqımıza böyük sevinc və qürur yaşatdı.
Bütün bunlar bir daha göstərir ki, müharibənin başa çatmasından sonra Ordumuzun daha da gücləndirilməsi Ali Baş Komandan tərəfindən qarşıya qoyulan əsas prioritetlərdən biridir. Bu sahədə görülən işlər Azərbaycan Ordusuna bundan sonra da regionun ən güclü, qalib ordusu statusunu qoruyub saxlamağa imkan verəcək. Bu gün Azərbaycan Ordusu, sözün əsl mənasında, milli qürur mənbəyimiz və güvənc yerimizdir. Azərbaycan Silahlı Qüvvələri ölkəmizə xain gözlərlə baxan istənilən düşməni məhv etmək qüdrətinə malikdir.
Nurəngiz ADİLQIZI.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Ordusu sabitlik, sülh, əmin-amanlığın keşiyində duran vacib institutlardan biridir
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Prezident İlham Əliyev Fərman imzaladı
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Bəhruz Əhmədov Daxili Qoşunların hərbi hissəsində
May ayına olan hava proqnozu
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
Aprelin 30-da gözlənilən hava şəraiti
Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici tədbirlər keçirilib
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
Şirvan nümayəndə heyəti Türkiyədən qayıtdı
Fövqəladə Hallar Nazirliyi tərəfindən metroda təlim keçirilib (video, foto)
Arzu Əliyeva Şəki səfərindən paylaşım edib
Nazir müavini Hidayət Abdullayev Şabran rayonunda vətəndaşları qəbul edəcək
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Azərbaycan və Türkiyə Quru Qoşunları komandanları görüşüb
Bacarıqlar Sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib
Ötən gün 78 cinayətin açılması təmin edilib
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Çağırışçıların yekun tibbi müayinəsi 4 kateqoriya üzrə aparılır və qərar barədə çağırışçıya e-qaydada məlumat verilir

Sabah bəzi yerlərdə arabir duman olacaq
Günəş püskürmələrinin dərin mənbəyi aşkarlandı
Təbii və faydalı qida sağlamlığın əsasıdır
40 yaşdan sonra arıqlamağı beyin necə qəbul edir?
Məşhurlar haqqında bilinməyənlər
Limon bir çox problemlərə yol aça bilər