lider-media.az

Prezidentin köməkçisi: Fransanın militarizasiya siyasəti Ermənistanın daxilindəki revanşist qüvvələrin həvəsləndirilməsinə xidmət edəcək addımdır

Baxış: 230 Tarix: 19-06-2024, 11:54

Prezidentin köməkçisi: Fransanın militarizasiya siyasəti Ermənistanın daxilindəki revanşist qüvvələrin həvəsləndirilməsinə xidmət edəcək addımdır

Fransanın militarizasiya siyasəti Ermənistanın daxilində olan revanşist qüvvələrin həvəsləndirilməsinə xidmət edəcək bir addımdır. Ona görə də Fransanın Ermənistana hücum xarakterli, öldürücü silahlar təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının arealının genişləndirilməsi ciddi narahatlıq doğuran haldır.

Lider-media.az xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

Hikmət Hacıyev, həmçinin deyib: "Hesab edirik ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq daha məsuliyyətli siyasət həyata keçirməlidir. Xüsusilə beynəlxalq münasibətlərdə belə bir yanaşma var ki, işğal və təcavüz törətmiş dövlətlərə münasibətdə onların növbəti hərbiləşdirmə və militarizasiya proqramlarına müxtəlif məhdudiyyətlər tətbiq olunmalıdır. Nəzərə almalıyıq ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir. Ona görə də işğalçı və təcavüzkar dövlətin yenidən silahlandırılması və militarizasiya siyasətinin həyata keçirilməsi heç bir halda məsuliyyətli hesab olunmur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi