lider-media.az

Partlamamış hərbi sursatlar yaşıl enerjiyə keçidi ləngidir

Baxış: 119 Tarix: 19-06-2024, 09:04

Partlamamış hərbi sursatlar yaşıl enerjiyə keçidi ləngidir

Birinci və İkinci dünya müharibələri zamanı su hövzələrinə böyük miqdarda mərmi, bomba, mina atılıb. Bu sursatların böyük hissəsi partlamadığı üçün dənizlərdə külək enerjisi qurğularının yerləşdirilməsini çətinləşdirir.

Lider-media.az Avropa mətbuatına istinadla xəbər verir ki, təkcə Baltik və Şimal dənizlərinin dibindəki partlamamış hərbi sursatların miqdarı 1,6 milyon tondan çoxdur. Fransa sahillərində isə vəziyyət daha ciddidir. İkinci Dünya müharibəsinin gedişatını dəyişən ikinci cəbhənin açılması burada baş verib.

İndi isə dənizlərdə külək (bəzən də günəş) enerjisi qurğularının yerləşdirilməsi zamanı partlamamış hərbi sursatlar ciddi problem yaradır. Onların zərərsizləşdirilməsi isə çox böyük zəhmət, vaxt, texnologiya və maddi xərc tələb edir. Dənizin dibinin minalardan təmizlənməsi çox ləng getdiyi üçün külək enerjisi qurğularının istifadəyə verilməsi, daha geniş planda isə yaşıl enerjiyə keçid ləngiyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi