lider-media.az

Fransa Ermənistanı silahlandırmaqda davam edir

Baxış: 244 Tarix: 18-06-2024, 13:46

Fransa Ermənistanı silahlandırmaqda davam edir

Fransa Ermənistanı silahlandırmaqda davam edir. Bu dəfə Fransa Ermənistana SEZAR özüyeriyən artilleriya sistemləri verəcək.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, İrəvan və Paris Fransanın SEZAR özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalayıblar.

Ermənistan mətbuatının yazdığına görə, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu X sosial şəbəkədə məlumat yayıb: “Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ SEZAR silahlarının alınması üçün müqavilənin imzalanmasıdır”.

Qeyd edək ki. SEZAR özüyeriyən silahı zirehli kabinli Renault Sherpa 10 yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi