Azərbaycanı və xalqını özündən çox sevən ulu öndər bütün təhlükələri gözaltına almaqla, heç birinə məhəl qoymadan xalqın çağırışını qəbul edərək 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bir müddət sonra Prezident səlahiyyətlərini həyata keçirməyə başlayan dünyaşöhrətli siyasətçi Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Sağlam təfəkkürlü hər bir Azərbaycan vətəndaşı yaxşı dərk edirdi ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin anda bu böyük şəxsiyyət hakimiyyətə gəlməsəydi, bugünkü qüdrətli Azərbaycan olmazdı, onun mövcudluğu şübhə altına düşə bilərdi. Dahi liderin ölkəni böhran vəziyyətindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etmək üçün müdrik siyasəti ilə qısa müddət ərzində Azərbaycanda sabitliyin bərpasını təmin etməsi böyük islahatların başlanmasına təkan verdi. Beləliklə, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə bütün sahələrdə islahatlar həyata keçirilməyə başlanıldı. Məlum olduğu kimi, ulu öndərin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk illərində ölkəmiz vətəndaş müharibəsindən yenicə qurtulmuş, atəşkəs rejimini təzəcə əldə etmiş ölkə olduğundan, həmin dövrdə investorları Azərbaycana sərmayə qoymaq üçün həvəsləndirmək, onların etimadını qazanmaq demək olar ki, mümkünsüz idi. Bununla belə, peşəkar siyasətçi 1994-cü ilin sentyabr ayında Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi"nin bağlanılmasına müvəffəq oldu. Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan "Şahdəniz" layihəsinin, türk dünyasının bir-birilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi "İpək Yolu" layihəsinin reallaşması da bu dahi şəxsiyyətin xidmətləri idi.
Ulu öndər Heydər Əliyevin xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycanın gələcək taleyində müstəsna rolu olan, vətənin və vətəndaşların maraqlarını hər şeydən uca tutan böyük sərkərdə İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik böyük şəxsiyyət və müdrik rəhbər hazırlaması olub. Bu ondan irəli gəlirdi ki, Azərbaycanı canından çox sevən uzaqgörən insanı ölkəsinin təkcə özünün rəhbərlik etdiyi dövr üçün deyil, ondan sonrakı taleyi də düşündürürdü. 2003-cü ildə səhhətində ciddi problemlər yarandığı vaxtlarda belə xalqının və Vətəninin firavan gələcəyini fikirləşən dahi şəxsiyyət Heydər Əliyev ictimai rəyə və ümumxalq mövqeyinə əsaslanmaqla Azərbaycan xalqına müraciət edərkən cənab İlham Əliyevi özündən sonra respublikaya rəhbərlik etməyə qadir lider kimi gördüyünü bildirdi. Ölkəmizin taleyinin həlledici məqamlarında hər zaman olduğu kimi, yenə də Heydər Əliyevin müdrik məsləhətinin intizarında olan xalq məhz sonsuz inam bəslədiyi rəhbərin tövsiyəsindən bəhrələnərək düzgün seçim etməklə, bu gün bənzərsiz fəaliyyəti digər dövlət başçılarına örnək olan İlham Əliyevi özünə Prezident seçdi. Bundan sonra ulu öndərin sürətli iqtisadi inkişaf konsepsiyasını uğurla davam etdirən möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirildi, həmçinin iqtisadiyyatımızın daha da güclənməsinə xidmət edən digər əhəmiyyətli işlər görüldü, tərəqqinin davamlılığı təmin olundu.
Ötən illər ərzində əldə edilən uğurlardan bəhs edərkən Azərbaycanın nəinki müasir dövrünün, ümumilikdə öz şərəfli tarixinin ən böyük nailiyyətlərindən biri olan 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə xüsusi vurğulanmalıdır. 2020-ci il sentyabrın 27-si səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribat törədərək genişmiqyaslı şəkildə cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdi. İkinci Qarabağ müharibəsi başlandı. Dövlət başçısı cənab İlham Əliyevə olan sonsuz inam xalqı öz liderinin ətrafında daha da sıx birləşdirdi.
Ermənistan silahlı qüvvələrinin hər növbəti təxribatlarının qarşısı alınarkən, o cümlədən 19 sentyabr 2023-cü il tarixdə başladıqları təxribatlarının qarşısını almaq məqsədilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman vətən oğullarının uğurla həyata keçirdikləri lokal xarakterli antiterror tədbirləri zamanı müşahidə etdiyimiz Silahlı Qüvvələri rəşadəti və hərbçilərin şücaəti bir daha sübut etdi ki, cənab Prezidentin dediyi kimi: "Dəmir yumruq yerindədir". Qeyd edək ki, Vətən müharibəsi zamanı möhtərəm Prezidentin ən sadiq silahdaşı Mehriban xanım Əliyeva da yorulmaz fəaliyyəti ilə seçilib. Birinci vitse-prezidentin ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi.
Bu gün Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür. Mütəmadi həyata keçirilən çoxşaxəli və ardıcıl islahatlar davam etdirilir, regionların tarazlı tərəqqisi təmin olunur, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində kompleks stimullaşdırıcı tədbirlər həyata keçirilir, bir sözlə, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə dövlətimiz daha da qüdrətlənir. Respublikamızda mövcud olan sosial-iqtisadi vəziyyətin təhlili göstərir ki, görülən böyük işlər, eləcə də paytaxt Bakı ilə bərabər, bütün bölgələrimizin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin cənnətə çevrilməsi bunun təzahürüdür. Belə ki, respublikamızın digər bölgələrinin sürətli tərəqqisi ilə yanaşı, vaxtilə ermənilər tərəfindən viran qoyulmuş kənd və şəhərlərimizdə sürətli abadlıq-quruculuq işləri aparılır və həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən olan bu proses dövlət başçısının şəxsi nəzarəti ilə həyata keçirilir.
Eyni zamanda dövlətlərarası münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı dəstəkləyən və təbliğ edən Azərbaycanın mövqeyi beynəlxalq arenada da möhkəmlənib. Təsadüfi deyil ki, 120 üzvlə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına üzv dövlətlərin hamısı böyük etimad göstərərək ölkəmizin sədrlik müddətini yekdilliklə artırıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi qərarının verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Azərbaycan Türk Şurasına sədrliyini də uğurla başa vurub. İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq ölkəmizin haqlı mövqeyini müdafiə edir. Dövlətimiz NATO tərəfindən də dəstəklənir. Digər dövlətlərlə, xüsusən də qonşu ölkələrlə qurulmuş mükəmməl əlaqələrin davamlılığı uğurla təmin olunur, daim təmaslar və fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri inkişaf edir.
Azərbaycanın müstəqilliyinin qorunmasının təməli 15 İyun - Qurtuluş Günündə qoyulub. Təqvimə qızıl hərflərlə yazılan bu günü millətimiz istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda hədsiz coşqu, yüksək təntənə ilə qeyd edir, bu münasibətlə silsilə tədbirlər keçirilir və bu günü bizə yaşadan təkrarsız liderimizin əziz, unudulmaz xatirəsi dərin ehtiramla yad olunur. İnanırıq ki, illər, əsrlər və qərinələr keçsə də, bu ənənə davam edəcək.
Nurəngiz ADİLQIZI.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Azərbaycan xalqının və dövlətçiliyinin nicat yolu
İlham Əliyevin andiçmə mərasimi keçirilib
“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ
17 İyun – İnsan sağlamlığının keşiyində dayananların peşə bayramı
FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
Ötən gün ölkə ərazisində 70 cinayətin üstü açılıb
Bərdədə 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
MSK nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi olub
İyunun 17-də gözlənilən hava şəraiti
Milli Qurtuluşdan Böyük Qayıdışa
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub - Fotolar
Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Alimlərdən gözlənilməz araşdırma: Şəkərdən tam imtina sağlamlıq üçün risk yarada bilər
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Tramp İranla müharibə başa çatdıqdan sonra diqqətini Ukraynaya yönəldəcəyinə söz verib
Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir
Alimlərin qorxulu iddiası: Bu bəzək bitkisi ilanlara sığınacaq yaradırmış
Sabah bəzi yerlərdə arabir duman olacaq