lider-media.az

MOK rəsmisi: Cüdo məşqçiləri üçün bu cür imtahanların keçirilməsi müsbət addımdır

Baxış: 582 Tarix: 5-02-2024, 13:59

"Azərbaycanlı cüdo məşqçiləri üçün bu cür imtahanların keçirilməsi müsbət addımdır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin rəhbəri Mehman Kərimov MOK-un Azərbaycan Cüdo Federasiyası ilə birgə təşkil etdiyi Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının məşqçilik və sertifikat proqramının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, məşqçilik kurslarını ötən ilin fevralında da uğurla təşkil etdiklərini bildirib: "Artıq ikinci dəfədir məşqçilər üçün kurslar keçirilir. Əsas məqsəd beynəlxalq yarışlara tam cavab verən cüdo məşqçiləri yetişdirməkdir. Beynəlxalq Olimpiya Komitəsinin tələbinə əsasən, bu cür kursların tərkibi əlli faiz kişilərdən, əlli faizi isə qadınlardan ibarət olmalıdır. İnanıram ki, növbəti seminarlarda qadın məşqçilərimiz də burada çoxluq təşkil edəcəklər".

M.Kərimov cüdoçuların bu il keçirləcək “Paris-2024” Yay Olimpiya Oyunlarında uğur qazanacağına ümid etdiyini söyləyib: "Biz bundan əvvəlki beynəlxalq yarışlarda cüdoçulardan uğurlu nəticələr görmüşük. İnanıram ki, bu dəfə də onlar Azərbaycan bayrağını ucaldacaqlar".



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi