Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar

Oktyabrın 22-də doğma yurduna yola salınan köç karvanları Ağdərə rayonunun Vəngli və Heyvalı kəndlərinə çatıb.
Bu mərhələdə Ağdərənin Vəngli kəndində 29 nəfərdən ibarət 6 ailəyə, Heyvalı kəndində isə 83 nəfərdən ibarət 23 ailəyə mənzillərinin açarları təqdim edilib.