lider-media.az

“Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib

Baxış: 118 Tarix: Сегодня, 10:48

Təbiətin mühafizəsi, ekoloji dəyərlərin təbliği və ətraf mühitə məsuliyyətli münasibətin təşviqi məqsədilə təşkil olunan “Təbiətin səsi” hekayə müsabiqəsi başa çatıb. Müsabiqə çərçivəsində iştirakçılar öz yaradıcı yanaşmaları ilə ekoloji problemlərə diqqət çəkib, təbiətin qorunmasının əhəmiyyətini vurğulayıb və gələcək nəsillər qarşısında məsuliyyətimizi hekayələr vasitəsilə ifadə ediblər.
Müsabiqənin şərtlərində qeyd olunan meyarlar üzrə münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblər müəyyənləşdirilib:

- Leyla Nəsibli
- Nərmin İsmayılzadə
- Xatirə Nurgül

Qaliblərlə yanaşı, Emil İmamverdizadə təqdim etdiyi hekayənin maraqlı və fərqli məzmunu nəzərə alınaraq həvəsləndirici yerə layiq görülüb.
Qalibləri təbrik edir, müsabiqədə iştirak edən hər kəsə təbiətin səsinin daha geniş auditoriyaya çatdırılmasına və ətraf mühitin qorunması istiqamətində ictimai məsuliyyətin artırılmasına verdikləri töhfəyə görə təşəkkür edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi