lider-media.az

2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq

Baxış: 128 Tarix: Сегодня, 12:09

Aqrar Subsidiya Şurasının qərarına əsasən, yerli toxumçuluğun inkişafının dəstəklənməsi və fermerlərin sertifikatlı toxumdan istifadəyə təşviq edilməsi məqsədilə yeni subsidiya mexanizmləri tətbiq olunur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) fermerlərin diqqətinə çatdırır ki, 2026–2027-ci il əkin mövsümündən etibarən buğda və arpa əkinlərində sertifikatlı toxumdan istifadə tələbinə əməl edilməsi subsidiya ödənişlərinə birbaşa təsir edəcək.

Yeni qaydalara əsasən, sertifikatlı toxumdan istifadə tələbinin tətbiq olunduğu minimum əkin sahəsi 5 hektara endirilib. Belə ki, 2026–2027-ci il  əkin mövsümündə müvafiq tələbə əməl etməyərək sertifikatlı toxumdan istifadə etməyən fermerlərə ödəniləcək əkin subsidiyasının məbləği 50 faiz azaldılacaq. 2027–2028-ci il  əkin mövsümündən etibarən isə sertifikatlı toxumdan istifadə etməyən müvafiq fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək.

Bu məqsədlə fermerlərin sertifikatlı toxum əldə etməsini asanlaşdırmaq üçün Aqrar Xidmətlər Agentliyi tərəfindən toxum istehsalçıları haqqında məlumat bazası yaradılıb.

Bununla yanaşı, yerli toxumçuluğun inkişafını stimullaşdırmaq məqsədilə super-elit toxum istehsal edən toxumçu fermerlər üçün əkin subsidiyasının məbləği artırılır. Yeni mexanizmə əsasən, yerli mənşəli super-elit buğda və arpa toxumu istehsal edən fermerlərə hər hektara görə 470 manat, xarici mənşəli super-elit buğda və arpa toxumu istehsal edən fermerlərə isə hər hektara görə 300 manat əlavə əkin subsidiyası ödəniləcək.

AXA fermerləri əkin sahələrinin ölçüsünü, toxum seçimini və subsidiya şərtlərini əvvəlcədən nəzərə almağa, buğda və arpa əkinlərində sertifikatlı toxumdan istifadə tələblərinə ciddi əməl etməyə çağırır. Fermerlər əkin planlarını yeni qaydalara uyğun qurmalı, toxum alarkən onun sertifikatlı olmasına diqqət yetirməlidir. Yeni yanaşmanın əsas məqsədi ölkədə keyfiyyətli və sertifikatlı toxum istehsalının genişləndirilməsi, yerli toxumçuluğun stimullaşdırılması, eləcə də fermerlərin məhsuldar və keyfiyyət göstəriciləri yüksək olan toxumlardan istifadəyə təşviq edilməsidir. Bu addımın sertifikatlı toxuma tələbatın artmasına, yerli toxum istehsalının genişlənməsinə və əkinçilikdə daha keyfiyyətli toxum materiallarından istifadənin təşviqinə xidmət etməsi nəzərdə tutulur.

Agentlik fermerləri qarşıdakı əkin mövsümünə hazırlıq zamanı yeni tələbləri nəzərə almağa və sertifikatlı toxumdan istifadəyə üstünlük verməyə çağırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi