Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondunun birgə həyata keçirdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekoloji məsuliyyətin artırılması istiqamətində fəaliyyətlər davam edir. Ekokönüllülər tərəfindən:
- “Bravo” supermarketlər şəbəkəsinin Gənclik və Koroğlu filiallarından
ümumilikdə 82 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib. Hər düzgün atılan addım daha təmiz və sağlam gələcəyə töhfədir! Yaşıl gələcək naminə layihəyə dəstək göstərən bütün tərəfdaşlara və ekokönüllülərə təşəkkür edirik.