Qaragöl Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Laçın rayonunun 2 nömrəli tam orta məktəbində qoruğun yaranma günü ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub.
Tədbir zamanı Qaragöl Dövlət Təbiət Qoruğunun yaranma tarixi, ərazisinin təbii xüsusiyyətləri, mövcud vəziyyəti barədə şagirdlərə ətraflı məlumat verilib. Eyni zamanda, nadir bitki və heyvan növlərinin mühafizəsinin, təbii sərvətlərin qorunmasının və ekoloji tarazlığın təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə ekoloji düşüncənin formalaşdırılması, ətraf mühitə həssas münasibətin təşviqi və təbiətin mühafizəsi ilə bağlı maarifləndirmənin gücləndirilməsi olub.