20 oktyabr – Energetiklər Günü münasibətilə Energetika Nazirliyinin, “AzərEnerji” ASC-nin və “Azərişıq” ASC-nin rəhbərliyi və kollektivlərinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər. Energetiklər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və dövlət xadimi Əziz Əliyevin də xatirələri anılıb, məzarları üzərinə güllər düzülüb.
Ziyarət Şəhidlər xiyabanında davam edib. Energetiklər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar. Qeyd edək ki, oktyabrın 20-si Azərbaycanda Energetiklər Günü kimi qeyd olunur. 1981-ci ilin bu günündə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji bloku istifadəyə verilib. Bu hadisə ölkənin energetika tarixində mühüm mərhələnin başlanğıcı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə 20 oktyabr tarixi Energetiklər Günü təsis edilib.


.jpeg)
.jpeg)
.jpeg)

Konfrans iştirakçıları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Xorvatiya Parlamentinin sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Vüqar Rəhimzadə: Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq
Bakıda Türkiyə–Azərbaycan Dostluq Konserti keçirilib
Təbiəti qorumaq kiçik addımlardan başlayır!
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar müxtəlif ekskursiyalara cəlb edilib
Ağacəkmə aksiyası keçirilib
Qaragöl Dövlət Təbiət Qoruğunun yaranma günü ilə bağlı maarifləndirici tədbir keçirilib
Vətən müharibəsinin iyirmi dördüncü günü: Zəngilanın azadlığı ilə tarixə yazılan gün
“DİM Dialoqu” təşəbbüsü çərçivəsində xüsusi sessiya keçirilib
Prezident İlham Əliyevin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzində
Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində
Leyla Əliyeva Oğulcahan Atabayeva ilə görüşüb
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib
Qafarova qırğız vəzifədaşı ilə görüşdü
Teymur Musayev Anar Bayramovu kollektivə təqdim edib
Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı
Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər