lider-media.az

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu

Baxış: 1514 Tarix: 19-10-2026, 13:01

Xalq artisti Aygün Kazımova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə yazılan yeni mahnısını təqdim edib. "Bilirəm" adlanan bəstənin musiqisi Kamala məxsusdur.Aygün Kazımova mahnı üçün klip də çəkdirib. Ekran işinin rejissoru Emin Muradovdur. Klip Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə lentə alınıb. Bu il səhnə fəaliyyətinin 40 illiyini qeyd edən ölkənin əsas ulduzu Aygün Kazımova yubiley ilini diqqətçəkən sənət layihələri ilə daha da zənginləşdirməkdə davam edir.

Qeyd edək ki, Xalq artisti yaradıcılığı boyu dəfələrlə Kamalın bəstələrinə müraciət edib. Hətta Aygün Kazımovanın repertuarında olan "Nigaranam" mahnısı bir çox dillərə tərcümə olunaraq, onlarla sənətçilər tərəfindən ifa olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi