lider-media.az

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 148 kq işlənmiş batareya təhvil alınıb

Baxış: 82 Tarix: 27-12-2024, 15:30

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.

Ekokönüllülər tərəfindən Access Bankın baş ofisi, Babək, Sumqayıt, Mingəçevir, İsmayıllı filiallarından, "Araz" supermarketlər şəbəkəsinin Space və Statistika filiallarından, "Bravo” supermarketlər şəbəkəsinin 20 Yanvar hipermarket və Şüvəlan filiallarından ümumilikdə 148 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib.

Layihəyə dəstək verən bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi