lider-media.az

“Batareyaları təhvil ver, təbiəti qoru”

Baxış: 352 Tarix: 10-10-2024, 15:31

”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin Space filialından, “Bravo” supermarketlər şəbəkəsinin 28 Mall, Əhmədli hipermarket filiallarından və “Rahat” supermarketlər şəbəkəsinin Neftçilər filialından ümumilikdə 60 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib.
Qeyd edək ki, istifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib. Bu il ərzində ümumilikdə 1168,5 kq batareya toplanıb.
Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi