lider-media.az

Zəngilan Şəhər Günündə Plov Festivalı 

Baxış: 148 Tarix: Сегодня, 12:11

Zəngilan Şəhər Günündə Plov Festivalı keçirildi - VİDEO

Zəngilan Şəhər Günü tədbirləri çərçivəsində Zəngilan Konqres Mərkəzində "Zəngilan Plov Festivalı"nın açılışı olub. Qonaqlar peşəkar aşpazların hazırladıqları bölgəyə aid ənənəvi plov çeşidlərinin dadına baxıblar. Həmçinin qurama və həsir toxuma sənəti üzrə təqdimatlar təşkil edilib.
Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Zəngilanın tarixini, təbiətini və bu gününü özündə əks etdirən "Zəngilan- zamanın qanadlarında" adlı fotosərgi nümayiş olunub. Uşaqlar üçün face-art, rəsm və əl işlərindən ibarət yaradıcılıq sərgisi və rəssamlıq üzrə ustad dərsləri keçirilib. Balaca sakinlər üçün Gəncə Dram Uşaq Teatrının təqdimatında tamaşa göstərilib. Ardınca Zəngilan Konqres Mərkəzinin səhnəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında bayram konserti təqdim olunub. Vətənpərvərlik, birlik və qəhrəmanlığı tərənnüm edən əsərlər əsasında hazırlanan proqramda xalq mahnıları və bəstəkarlarımızın əsərləri səsləndirilib, milli rəqslərimiz ifa olunub. Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, şəhid ailələrinin üzvləri, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və nümayəndələri, eləcə də Zəngilan və ətraf rayonların sakinləri iştirak ediblər.

Zəngilan Yaşayış Kompleksində musiqi nömrələrinin müşayiəti və atəşfəşanlıqla sona çatan Zəngilan Şəhəri Günü tədbirləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ Dirçəliş Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi